Qurban Qurbanov: "İstərdim ki, futbolçularımız Türkiyə Super Liqasında çıxış etsinlər" - VİDEO

Qurban Qurbanov: "İstərdim ki, futbolçularımız Türkiyə Super Liqasında çıxış etsinlər" - VİDEO Bakı. 11 yanvar. REPORT.AZ/ Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımız yox dərəcəsindədir. Bu, bizim üçün böyük problemdir.
Futbol
11 Yanvar , 2019 12:50
Qurban Qurbanov: İstərdim ki, futbolçularımız Türkiyə Super Liqasında çıxış etsinlər - VİDEO

Bakı. 11 yanvar. REPORT.AZ/ "Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımız yox dərəcəsindədir. Bu, bizim üçün böyük problemdir".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Haber Global" telekanalına müsahibəsində deyib. 47 yaşlı mütəxəssis azərbaycanlı futbolçuların daha üstün səviyyədə olan Türkiyə Super Liqasında çıxış etmələrini çox istədiyini bildirib. Q.Qurbanovun fikrincə, bu məsələdə zamana ehtiyac var.

Baş məşqçi Superliqanı izlədiyini və "Beşiktaş"a azarkeşlik etdiyini də açıqlayıb: "Çox oyuna baxıram. Təbii ki, ilk növbədə, Türkiyə millisinə daha çox azarkeşlik edirik. Demək olar ki, "ay-ulduzlular"ın bütün oyunlarına baxıram. Bunu deməliyəm: Daha çox "Beşiktaş"a azarkeşlik edirəm. Lakin avrokubok oyunlarında hər birini öz komandamız kimi dəstəkləyirik".

Qeyd edək ki, "Qarabağ" hazırda Antalyada təlim-məşq toplanışındadır

Son xəbərlər

Orphus sistemi