Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov bədbəxt hadisə nəticəsində yaralanan "Qarabağ"ın azarkeşinə baş çəkib

    Baş məşqçi zərərçəkənə şəfa diləyib və atası ilə də görüşərək, onunla söhbət edib

    Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Ukraynanın "Dnepr" klubu ilə oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından birinin aşması nəticəsində yaralanan klubun azarkeşi Samir Mirzəyevə baş çəkib. Xəstənin qohumlarının "Report"a verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis matçdan sonra gecə saat 2:00 radələrində yaralının müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstəxanasına yollanıb.

    O, zərərçəkənə şəfa diləyib və atası Valeh Mirzəyevlə də görüşərək, onunla söhbət edib. Öz növbəsində ata  "Qarabağ" naminə hər şeyə hazır olduqlarını söyləyib. Qurbanovla yanaşı, klub rəsmiləri də xəstəxanaya baş çəkiblər.

    Qeyd edək ki, əslən Füzulidən olan Samir Mirzəyev Sumqayıtda yaşayır. Hazırda xəstənin həyati təhlükəsi yoxdur və bu gün əməliyyat olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi