Qurban Qurbanov baş məşqçi kimi 200-cü qələbəsini qazanıb

Qurban Qurbanov baş məşqçi kimi 200-cü qələbəsini qazanıb "Zirə" - "Qarabağ" matçı 46 yaşlı mütəxəssis üçün əlamətdar olub
Futbol
30 Aprel , 2018 12:15
Qurban Qurbanov baş məşqçi kimi 200-cü qələbəsini qazanıb
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov / Report/ Firi Salim

Bakı. 30 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Zirə” ilə görüşdəki 2:1 hesablı səfər qələbəsi 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.

İlk qələbəsini 2006/2007 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan Qurbanov paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

O, Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidir. Təcrübəli mütəxəssis yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında çıxış etdiyi Ağasəlim Mircavadovdan geri qalır.

Son xəbərlər

Orphus sistemi