Yuxarı

Qurban Qurbanov baş məşqçi kimi 150-ci qələbəsini ilk komandası üzərində qazanıb

O, Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir

Bakı. 22 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun “Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. "Report"un məlumatına görə, 44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb. 

Q.Qurbanov buna 272-ci matçda nail olub. Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan 44 yaşlı mütəxəssis karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub. O, 150-ci qələbəsini qazandığı oyundakı rəqib “Neftçi”də başladığı karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006-2007-ci illərdə baş məşqçisi olduğu “Neftçi”dən fərqli, “Qarabağ”da daha uzun müddət – 2008-ci ildən indiyədək çalışan Q.Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib. O, Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi