Yuxarı

Qurban Qurbanov Azərbaycan çempionatlarında baş məşqçi kimi 350-ci oyununa çıxıb

Qurban Qurbanov Azərbaycan çempionatlarında baş məşqçi kimi 350-ci oyununa çıxıb
46 yaşlı mütəxəssis yubiley matçında keçmiş komandasına uduzub

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 350-ci oyununa çıxıb. 

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, "Neftçi" ilə X turun səfər matçına təsadüf edib.

Bu görüşədək hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis "Neftçi"yə 1:3 hesablı uduzmaqla 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun rəhbərlik etdiyi komandalar Premyer Liqada 523 qol vurub və qapısında 244 qol görüb.

Qeyd edək ki, məşqçiliyə 2006/2007 mövsümündə başlayan Qurban Qurbanov karyerasında yalnız iki kluba rəhbərlik edib. Hazırda Azərbaycan milli komandasına da rəhbərlik edən mütəxəssis "Neftçi"ni 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi