Qriqorçuk: “Zirə” çox yaxşı müdafiə olunurdu"

Qriqorçuk: “Zirə” çox yaxşı müdafiə olunurdu" "Hücumlarımızın sonluğunda kəsər yox idi"
Futbol
9 Sentyabr , 2017 23:49
Qriqorçuk: “Zirə” çox yaxşı müdafiə olunurdu

Bakı. 9 sentyabr. REPORT.AZ/ “Birinci hissədə yaxşı oynamadıq. Buna səbəb ilk dəqiqələrdən düz yerdə, təzyiq olmadan top itkiləri ilə üzləşməyimiz idi. Topu çox itirmək psixoloji cəhətdən də təsir edir. Sürətli əks-hücum etməyi bacaran komanda ilə görüşdə belə top itkiləri təhlükəlidir".

"Report"un məlumatına görə, bunu "Qəbələ" komandasının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının IV turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis hücumlarının alınmamasının səbəbini açıqlayıb:

"Rəqibin də heyətində sürətli, əks-hücum etməyi bacaran oyunçular var. “Zirə” çox yaxşı, təşkilatlanmış şəkildə və böyük qüvvə ilə müdafiə olundu. Bəzi oyunçular heç irəli də getmirdi, bizə hücumların təşkili üçün boşluq vermirdilər. Bu da komandamıza çətinlik yaradırdı. Belə vəziyyətdə ilk növbədə hücumçular təkbətək mübarizələrdə rəqibi keçməlidir. Cinahlardan da ötürmələr faydalı ola bilər. Bu gün belə ötürmələrimiz alınmırdı. Həm də iki məcburi əvəzləmə etməli olduq. Matçın ilk 10 dəqiqəsində orta, hətta yaxın məsafədən zərbə vurmaq imkanlarımız olsa da, bunu etmədik. Fasilədə də bu barədə danışdıq. Rəqib 5 müdafiəçi ilə, sıx oynayanda belə zərbələr effektli olur. Amma ikinci hissədə belə imkanlar yaranmadı ki, zərbə endirək. Bu da bizim çatışmazlıq idi. “Zirə” çox yaxşı müdafiə olunurdu. Hücumlarımızın sonluğunda kəsər yox idi. Zərbələr, təkbətək mübarizədə keçmək və cinah ötürmələri belə müdafiəni yarmaq üçün vasitələrdir. Lakin biz bunlardan effektli yararlana bilmədik”.

"Qəbələ" oyun zamanı iki məcburi əvəzləmə etməli olub. Zədələnən Filip Ozobiçlə Stiven Jozef-Monroz zədələnərək, yerlərini Baqali Dabo və Famussa Koneyə veriblər.

Son xəbərlər

Orphus sistemi