​Qriqorçuk: Tbilisi "Dinamo"su ilə matçda bizi 5:0 hesablı qələbə qane edir

​Qriqorçuk: Tbilisi "Dinamo"su ilə matçda bizi 5:0 hesablı qələbə qane edir "Əminəm ki, azarkeşlər maraqlı oyun izləyəcəklər"
Futbol
1 İyul , 2015 21:32
​Qriqorçuk: Tbilisi Dinamosu ilə matçda bizi 5:0 hesablı qələbə qane edir

Bakı. 1 İyul. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" klubu iyulun 2-də Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" komandası ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan öncə mətbuat konfransı keçirib.

Ukraynalı mütəxəssis "Dinamo"nun oyun üslubu barədə müsbət fikirlər səsləndirsə də, elə ilk oyundaca müsbət nəticə əldə etmək istədiklərini bildirib:

"Rəqib çox inkişaf edən oyun sərgiləyir. Amma mən öz hədəflərimiz haqda danışıram. Növbəti mərhələyə keçmək istəyirik. Rəqibimiz çox ciddidir. Bilirəm ki, məşqçilər heyətində dəyişikliklər baş verib və futbolçular klubu tərk edib. Bununla belə, "Dinamo"nun oyun üslubu xoşuma gəlir. Biz isə maksimum hazırlıqlı olaraq, mərhələ adlamaq istəyirik. Əminəm ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Meydanda maraqlı mübarizə gedəcəyini düşünürəm".

R. Qriqorçuk "Qəbələ"yə cəlb olunan 10 yeni transferin komandanın oyun üslubuna necə təsir göstərəcəyinə dair məsələyə də münasibət bildirib. O deyib ki, hazırda baxımlı oyun haqda düşünmürlər: "Vaxtımız azdır. Sabah meydana elə futbolçu çıxacaq ki, cəmi 4 gündü komandadadır. Yəni, yeni transferlərin kollektiv oyuna necə uyğunlaşacaqları ilə bağlı problemlər ola bilər. Çünki onlar hələ komanda ilə elə də çox məşq etməyiblər. Sabahki gün əsas məsələ nəticədir. Özü də buna məhz ilk oyunda nail olmalıyıq. Keyfiyyətli oyun istəyi sabah elə də yüksək səviyyədə olmayacaq. Daha çox nəticə üçün oynayacağıq".

Baş məşqçi "Dinamo" ilə səfər matçında komandasını qane edən nəticəni də açıqlamaqdan çəkinməyib: "Biz ikinci nömrə oynamayacağıq. Komandamızı 5:0 hesablı qələbə qane edəcək".

Qeyd edək ki, Boris Payçadze adına stadionda keçiriləcək "Dinamo" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi