Qriqorçuk: "Nəticəni statistika yox, oyun müəyyən edəcək"

Qriqorçuk: "Nəticəni statistika yox, oyun müəyyən edəcək" "Qəbələ"nin baş məşqçisi "Krasnodar"la keçiriləcək oyuna münasibət bildirb
Futbol
30 Sentyabr , 2015 22:14
Qriqorçuk: Nəticəni statistika yox, oyun müəyyən edəcək

Krasnodar. 30 sentyabr. REPORT.AZ/ "Normal hazırlıq keçmişik. Komandada əhval-ruhiyyə yaxşıdır”.

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Robert Prosineçki deyib.

Avropa Liqasının II turunun oyununda səfərdə Rusiya "Krasnodar"ının qonağı olacaq "Qəbələ"nin baş məşqçisi bildirib ki, komanda artıq oyuna köklənərək matçın başlama saatını gözləyir.

Baş məşqçi bildirib ki, hələlik oyunun start heyəti müəyyənləşməyib:

"Məşqdən sonra köməkçilərlə yaxşıca təhlil edəcəyik. Ola bilər bu gecə, ola bilər sabah heyəti müəyyənləşdirdik. Sabah günün birinci yarısında bilinəcək".

"Krasnodar"ın ölkə çempionatının son turunda "Terek"lə keçirdiyi oyundan söz açan ukraynalı mütəxəssis bir matça görə rəqibi qiymətləndirməyin düzgün olmadığını söyləyib. Onun sözlərinə görə, rəqib keyfiyyətli futbol sərgiləyir:

"Başa düşürük ki, "Krasnodar” yaxşı futbol göstərir. Hücum potensialına baxanda imkanlarını görürsən. Sürətli və cəld komandadı. Mütləq onu qeyd etməliyik ki, çox ağıllı baş məşqçiləri var. Bu da onu göstərir ki, rəqibimiz yaxşı oyun göstərə bilər. Kononovun komandaları konkret, mənalı, dəqiq oyun göstərir. Bu da oyunda böyük rol oynayır. Bizə gəldikdə isə bir neçə dəfə sürpriz etmişik. Biz hər rəqibə qarşı hazırlaşa bildiyimizi göstərmişik. Onları yaxşıca təhlil edirik. Əsas odu ki, sabah düzgün, ağıllı futbol oynayaq. Rəqibin oyununa əsasən də müəyyən gedişatlar edəcəyik".

Baş məşqçi yeni ailə həyatı quran Vaqif Cavadovdan danışıb: "Əvvəla Vaqifi təbrik edirəm. İstərdim ki, statistikanı sabah o özü davam etdirsin".

Floresku, Cavadov və Antonovun Rusiya çempionatında çıxışına toxunan mütəxəssis onlardan hansısa məlumat almağın sabahkı oyuna təsir etməyəcəyini deyib: "Belə şeylərə diqqət yetirmək vaxt itkisidi. Əsas odu ki, rəqibi yaxşı təhlil edək, beynimizdə olanları meydançada göstərək. Statistika yox, oyun nəticəni müəyyən edəcək".

Krasnodardakı isti havadan danışan R.Qriqorçuk rəqibi "soyuq duş"a salmağın çətin olacağını bildirib. O, qeyd edib ki, ən azından Rusiya təmsilçisini sərinləşdirmək mümkün olacaq.

Baş məşqçi oyunla bağlı proqnozunu da verib. O, bildirib ki, 5:0 hesabı ilə qələbə qazanacaqlar: "Qələbə qazanacağımız təqdirdə hər hansı bir sürpriz etməyəcəyəm. Bunun üçün hələ tezdir".

Son xəbərlər

Orphus sistemi