​Qriqorçuk: "Müdafiə olunan komandaya qarşı savadlı futbol nümayiş etdirdik"

​Qriqorçuk: "Müdafiə olunan komandaya qarşı savadlı futbol nümayiş etdirdik" "Biz rəqibin kimliyindən asılı olmayaraq, eyni taktiki düzülüşə üstünlük veririk"
Futbol
15 Fevral , 2016 01:55
​Qriqorçuk: Müdafiə olunan komandaya qarşı savadlı futbol nümayiş etdirdik

Bakı. 15 fevral. REPORT.AZ/ “Qalib gəlməyimiz çox yaxşı oldu. Komanda yaxşı oyun göstərdi. Komandanın oyununu ona görə belə qiymətləndirirəm ki, qələbə qazandıq, daha çox hücumda olduq".

"Report" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan çempionatının XXI turunda "Sumqayıt"ı məğlub edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib.

O böyük qüvvə ilə müdafiə olunan komandaya qarşı savadlı futbol nümayiş etdirdiklərini diqqətə çatdırıb.

"Sadə gedişlərdən istifadə etdik. Bu gün bir neçə qol vura bilərdik. Amma təəssüf ki, yenə 1 qol vurduq. Biz istədiyimiz ideal üslubda oynamasaq da, rəqibə uyğun, taktiki cəhətdən düzgün oynadıq. Bəzi əks-hücum imkanlarından da daha yaxşı istifadə edə bilmədik. Onları daha kəsərli sonluğa çatdırmaq olardı. Biz rəqibin kimliyindən asılı olmayaraq, eyni taktiki düzülüşə üstünlük veririk. Bu üzdən də iki dayaq yarımmüdafiəçisi ilə mübarizə apardıq. Belə müdafiə xəttini keçmək üçün oynadığımız üslub da yetərli idi. Sergey Zenyovun keçidlərindən sonra yenə qol vurmaq imkanlarımız da oldu”, - deyə ukraynalı mütəxəssis əlavə edib.

Son xəbərlər

Orphus sistemi