​Qriqorçuk: "Azərbaycanda futbolun səviyyəsi doğrudan da, yaxşıdır"

​Qriqorçuk: "Azərbaycanda futbolun səviyyəsi doğrudan da, yaxşıdır" O, klub rəhbərliyinin baxımlı hücum futbolu görmək arzusunda olduğunu bildirib
Futbol
1 Fevral , 2015 12:23
​Qriqorçuk: Azərbaycanda futbolun səviyyəsi doğrudan da, yaxşıdır

Bakı. 1 fevral. REPORT.AZ/ "Qəbələ" klubunun ukraynalı baş məşqçisi Roman Qriqorçuk UEFA-nın rəsmi saytına müsahibə verib.

"Report"un məlumatına görə, o, klub rəhbərliyinin baxımlı hücum futbolu görmək arzusunda olduğunu bildirib.

"Klub rəhbərliyi, başda prezident Taleh Heydərov olmaqla nəticə gətirəcək və azarkeşləri sevindirəcək baxımlı hücum futbolu görmək istəyir. Biz öz oyunumuzla stadiona daha çox insan cəlb etməliyik. Sevindirici haldır ki, bu tələb mənim fikirlərimlə üst-üstə düşür. Qarşımıza qoyulan vəzifə, əlbəttə ki, çətindir, lakin biz gərgin rejimdə işləyirik və artıq müəyyən addımlar atmışıq. Düşünürəm ki, düzgün yoldayıq", - deyə o bildirib.

Azərbaycan futbolunun səviyyəsi ukraynalı məşqçini təəccübləndirməyib.

"Yerli infrastrukturla daha yaxından tanış olduqca, nələrəsə daha az təəccüblənirəm. Səviyyə doğrudan da, yaxşıdır. Ümumiyyətlə, hazırkı dövrdə əməli olaraq hamı futbol oynamağı öyrənib. İdman bütün ölkələrdə inkişaf edir və Azərbaycan buna bariz nümunədir".

Son xəbərlər

Orphus sistemi