Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib

Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib Bakı. 13 yanvar. REPORT.AZ/ Qazaxıstan “Astana”sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib.
Futbol
13 Yanvar , 2019 14:11
Qriqorçuk Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib

Bakı. 13 yanvar. REPORT.AZ/ Qazaxıstan “Astana”sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın “Qarabağ”a dönüşünə münasibət bildirib.

Ukraynalı mütəxəssis “Report”a açıqlamasında deyib ki, 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfsilənir:

"Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram”.

Qeyd edək ki, Riçard Almeyda ötən mövsümün sonunda tərk etdiyi “Qarabağ”a 1 illik icarə əsasında qayıdıb.

Son xəbərlər

Orphus sistemi