"Qızıl top" mükafatının təqdimetmə mərasimində qalmaqal baş verib - VİDEO

"Qızıl top" mükafatının təqdimetmə mərasimində qalmaqal baş verib - VİDEO Bakı. 4 dekabr. REPORT.AZ/ France Football nəşrinin təsis etdiyi Qızıl top mükafatının təqdimetmə mərasimində qalmaqal baş verib.
Futbol
4 Dekabr , 2018 15:45
Qızıl top mükafatının təqdimetmə mərasimində qalmaqal baş verib - VİDEO
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimində qalmaqal baş verib.

"Report"un məlumatına görə, tədbirin DJ-i Martin Zolveyq ilin ən yaxşı qadın futbolçu mükafatına sahib olan Ada Hegerberqə "tverk rəqsini bacarırsınızmı" sualını ünvanlayıb. 23 yaşlı norveçli idmançı isə onun bu sualına qəzəblənib və "yox" cavabı verərək səhnəni tərk edib.

DJ-in bu hərəkəti idman ictimaiyyəti tərəfindən qeyri-etik qarşılanıb. M.Zolveyq rəsmi "Twitter" səhifəsindən bunun bir zarafat olduğunu söyləyib və qadın futbolçudan üzr istəyib. 

Qeyd edək ki, "Qızıl top" mükafatı bu il ilk dəfə qadın idmançıya da verilib. 

Son xəbərlər

Orphus sistemi