​"Qızıl top"a namizədlərin yeni siyahısı açıqlanıb

​"Qızıl top"a namizədlərin yeni siyahısı açıqlanıb 23 futbolçudan 6-sı "Barselona"da çıxış edir
Futbol
20 Oktyabr , 2015 10:39
​Qızıl topa namizədlərin yeni siyahısı açıqlanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ FİFA "Qızıl top" mükafatına namizədlərin siyahısını 59 futbolçudan 23-ə endirib. "Report"un məlumatına görə, ən çox namizəd İspaniyanın "Barselona" klubundandır. 

Kataloniya təmsilçisindən 6 futbolçusunun adı siyahıya daxil edilib. İspaniya "Real Madrid"i 5, Almaniya "Bavariya"sı 4 futbolçu ilə təmsil olunur. 

Serxio Aqüero (Argentina / "Mançester Siti"), Qaret Beyl (Uels / "Real Madrid"), Kərim Benzema (Fransa / "Real Madrid"), Kriştianu Ronaldu (Portuqaliya / "Real Madrid"), Kevin De Bruyne (Belçika / "Volfsburq" / "Mançester Siti"), Eden Azar (Belçika / "Çelsi"), Zlatan İbrahimoviç (İsveç / PSJ), Andres İnyesta (İspaniya / "Barselona"), Toni Kroos (Almaniya / "Real Madrid"), Robert Levandovski (Polşa / "Bavariya"), Xavyer Maskerano (Argentina / "Barselona"), Lionel Messi (Argentina / "Barselona"), Tomas Müller (Almaniya / "Bavariya"), Manuel Nöyer (Almaniya / "Bavariya"), Neymar (Braziliya / "Barselona"), Pol Poqba (Fransa / "Yuventus"), İvan Rakitiç (Xorvatiya / "Barselona"), Aryen Robben ("Hollandiya / "Bavariya"), Xames Rodriges (Kolumbiya / "Real Madrid"), Aleksis Sançes (Çili / "Arsenal"), Luis Suares (Uruqvay / "Barselona"), Yaya Ture (Kot d İvuar / "Mançester Siti"), Arturo Vidal (Çili / "Yuventus" / "Bavariya").

Qeyd edək ki, milli komandaların baş məşqçiləri, kapitanları və milli assosiasiyaların jurnalistləri arasında keçiriləcək sorğu nəticəsində 3 finalçı seçiləcək. Onların adları noyabrın 30-da açıqlanacaq. "Qızıl top" mükafatı isə sahibinə 2016-cı il yanvarın 11-də  veriləcək. Son 2 ildə bu mükafata "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştianu Ronaldu layiq görülüb.

Son xəbərlər

Orphus sistemi