Yuxarı

Qışın ən bahalı transferlərini Çin və İngiltərə klubları həyata keçirib

10 ən bahalı keçid müəyyənləşib

Bakı. 3 fevral. REPORT.AZ/ Qış "pəncərə"sində həyata keçirilən 10 ən bahalı futbolçu transferi müəyyənləşib. "Report"un məlumatına görə, transfer bazarında İngiltərə və Çin klubları xüsusi fəallığı ilə seçilib.

Siyahıya İngiltərənin "Çelsi" klubundan Çinin "Tszyansu Saynti" komandasına yollanan Ramires başçılıq edir. Braziliyalı yarımmüdafiəçinin keçidi 28 milyon avroya gerçəkləşib. Portuqaliya "Portu"nu İngiltərə "Stok Siti"sinə 24,5 milyon avroya dəyişən Janelli İmbüla ikinci, Çinin Quançjou Everqrand" klubundan "Şanxay Telleys"ə 18,5 milyon avroya keçən Elkeson üçüncüdür.

Çinin daha bir klubu "Xebey Çjuntszi"nin İtaliya "Roma"sından 18 milyon avroya aldığı Jervinyo dördüncü, Rusiya "Lokomotiv"indən İngiltərə "Everton"una 17,9 milyon avroya üz tutan Umar Niasse beşinci, Braziliya "Flüminense"sindən İtaliya "Roma"sına 16 milyon avroya transfer olan Jerson altıncı pillədə qərarlaşıb.

Son 4 mövqedəki transferlər:

Conco Şelvi - 16 milyon avro ("Suonsi", İngiltərə - "Nyukasl", İngiltərə)

Benik Afobe - 13 milyon avro ("Vulverhempton", İngiltərə - "Bornmut", İngiltərə)

Freddi Quarin - 13 milyon avro ("İnter", İtaliya - "Şanxay "Şenxua", Çin)

Timm Kloze - 12 milyon avro ("Volfsburq", Almaniya - "Norviç", İngiltərə)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi