Qırğızıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb

Qırğızıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb Baş məşqçi 23 futbolçuya dəvət göndərib
Futbol
15 May , 2018 14:36
Qırğızıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Futbol üzrə Qırğızıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

“Report” Qırğızıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksandr Krestinin mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 23 futbolçuya dəvət göndərib.

Qapıçılar: Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”)

Müdafiəçilər: Kursanbek Şeratov, Tamirlan Kozubayev, Bəxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusupov (hamısı “Dordoy”), Amanbek Manıbekov (“Abdış-Ata”), Şerzot Şakirov (“Neftçi”)

Yarımmüdafiəçilər: Pavel Sidorenko, Aziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Ahmedov, Kayrat Jırqalbekuğlu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abdurahmanov (“Alay”), Fərhat Musabekov (“İlbirs”), Alimardon Şükürov (“Abdış-Ata”), Tursunali Rustamov (“Alqa”)

Hücumçular: Mirlan Murzayev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo” Şadrinsk, Rusiya).

Qeyd edək ki, Qırğızıstan yığması 22 - 30 mayda Bakıda təlim-məşq toplanışı keçirəcək. Azərbaycanla görüş saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi