Qətəri Dünya Çempionatına ev sahibliyi hüququndan məhrum etmək istəyirlər

Qətəri Dünya Çempionatına ev sahibliyi hüququndan məhrum etmək istəyirlər Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ, Misir, Bəhreyn və Mavritaniya Qətərin terrorizmi dəstəkləməsi ittihamı ilə FİFA-ya birgə məktub yazıblar
Futbol
6 Oktyabr , 2017 16:36
Qətəri Dünya Çempionatına ev sahibliyi hüququndan məhrum etmək istəyirlər
Reuters

Bakı. 6 oktyabr. REPORT.AZ/ 2022-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməli olan Qətərin əlindən bu hüquq region ölkələri arasındakı münaqişəyə görə alına bilər.

"Report" BBC-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ, Misir, Bəhreyn və Mavritaniya Qətərin terrorizmi dəstəkləməsi ittihamı ilə FİFA-ya birgə məktub yazıblar.

Məktubda qeyd olunub ki, Qətərin özü "terrorçuların bazası" olduğundan ölkə Dünya Çempionatını lazımi səviyyədə keçirə və azarkeşlərin təhlükəsizliyini tam təmin edə bilməz. Vurğulanıb ki, FİFA adıçəkilən ölkələrin tələblərini yerinə yetirməsə, onlar turniri baykot edəcəklər.

Qeyd edək ki, Qətər Dünya Çempionatına ev sahibliyi etmək hüququnu 2010-cu il dekabrın 2-də alıb. İlkin sifarişdə 12 stadion göstərilsə də, sonradan bu rəqəm FİFA tərəfindən nəzərədə tutulan minimuma - 8-ə qədər azaldılıb.

Son xəbərlər

Orphus sistemi