Qətər millisinin baş məşqçisi 13 futbolçunu Azərbaycanla görüşdə yükləməyəcək

Qətər millisinin baş məşqçisi 13 futbolçunu Azərbaycanla görüşdə yükləməyəcək Xorxe Fossati: "Onlara 60-70 dəqiqə şans verəcəyəm"
Futbol
7 Mart , 2017 09:47
Qətər millisinin baş məşqçisi 13 futbolçunu Azərbaycanla görüşdə yükləməyəcək

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan milli komandası ilə martın 9-da keçirəcəyi yoldaşlıq görüşündə Qətər yığmasına "Lexviya" və "Əl-Rayyan" klublarından çağırılmış futbolçular sonadək meydanda olmayacaqlar. "Report"un məlumatına görə, bu barədə ərəblərin baş məşqçisi Xorxe Fossati açıqlama verib.

O bildirib ki, səbəb hər iki komandanın Asiya Çempionlar Liqasının qrup mərhələsində İran təmsilçiləri ilə III tur matçlarının olmasıdır. Martın 14-də "Əl-Rayyan" evdə "Persepolis"lə, "Lexviya" isə səfərdə "İstiqlal"la qarşılaşacaq. Uruqvaylı mütəxəssis martın 23-də evdə İranla, martın 28-də isə Özbəkistanla səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına hazır olmalarından ötrü bu klublardakı futbolçuları da Qətər millisində görmək istədiyini bildirib. Onlara Azərbaycanla oyunda 60-70 dəqiqə şans verəcəyini deyən Fossati "Lexviya" və "Əl-Rayyan"in futbolçularını yükləməmək üçün ehtiyatlı olacağını söyləyib. Bu klublardan müvafiq olaraq, 8 və 5 futbolçu milliyə çağırılıb.

Qeyd edək ki, Qətər - Azərbaycan matçı martın 9-da Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi