Qətər - Azərbaycan matçının hakimləri açıqlanıb

Qətər - Azərbaycan matçının hakimləri açıqlanıb Görüş macarıstanlı briqadaya tapşırılıb
Futbol
9 Mart , 2017 14:23
Qətər - Azərbaycan matçının hakimləri açıqlanıb
Courtesy İmage

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcəklər. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın baş hakimi Ferenc Karako olacaq. Ona Peter Berettian və Balazs Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.

Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Son xəbərlər

Orphus sistemi