Yuxarı

İngiltərə Premyer Liqasında çıxış edən 2 futbolçu qəlyan və siqaretlə yaxalanıb

Aqbonlahorla Rohonu cəza gözləyir

Bakı. 1 aprel. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən 2 futbolçu tütün məmulatlarından istifadə edərkən yaxalanıb. "Report"un məlumatına görə, bunlar "Aston Villa"nın hücumçusu Qabriel Aqbonlahor və "Mançester Yunayted"in müdafiəçisi Markos Rohodur. 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çəkilmiş görüntülərdə Aqbonlahorun Mika Riçadrsla birgə qəlyan çəkdiyi əksini tapıb. Artıq o, "Sanderlend"in aprelin 2-də "Çelsi" ilə keçirəcəyi oyunun iştirak ərizəsindən çıxarılıb. Klub 30 yaşlı forvarda qarşı araşdırmaların başlandığını bildirib. 

Roho isə yığmaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində İngiltərədəki gecə klublarından birində görüntülənib. O, qadınların əhatəsində siqaret çəkib. Argentinalı müdafiəçinin davranışı "Mançester Yunayted"in baş məşqçisi Lui van Qalın narazılığı ilə qarşılanıb. Futbolçu klubu tərəfindən intizam sanksiyalarına məruz qala bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi