Yuxarı

Çilidə qələbə sevincini qeyd edən 3 azarkeş həyatını itirib

İnsident zamanı 3 nəfər həbs edilib

Bakı. 6 iyul. REPORT.AZ/ Futbol üzrə Çili milli komandasının üç azarkeşi həyatını itirib. "Report"un məlumatına görə, hadisə ölkə yığmasının Amerika Kubokunu qazanmasını qeyd edən azarkeşlər arasındakı toqquşma nəticəsində baş verib.

İki nəfər insident zamanı ölüb, birini isə maşın vurub. Toqquşma iştirakçılarından daha üçü isə həbs olunub. 

Qeyd edək ki, Amerika Kubokunun finalında Argentina ilə qarşılaşan Çili penalti seriyasında qalib gəlib - 4:1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi