"Qələbə" klubu Türkiyə mətbuatında yayılan xəbəri təkzib edib

"Qələbə" klubu Türkiyə mətbuatında yayılan xəbəri təkzib edib "Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib"
Futbol
20 Noyabr , 2015 20:40
Qələbə klubu Türkiyə mətbuatında yayılan xəbəri təkzib edib

Bakı. 20 noyabr. REPORT.AZ/ "Qələbə" futbol klubu noyabrın 20-də Türkiyənin “Hürriyet” qəzetində dərc olunmuş “Beşiktaş taraftarları transfer oldu” başlıqlı məqaləylə bağlı açıqlama yayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada qeyd olunur ki, yazıda özünü “Beşiktaş” azarkeşi kimi təqdim edən Sedat Özdemir bir neçə digər azarkeşlə klubumuzun prezidenti Tale Heydərovla görüşdüklərini və müəyyən şərtlər müqabilində komandamızı oyunlarda dəstəkləyəcəklərini, klubumuzu dəstəkləyən tərəfdar qrupları ilə öz təcrübələrini bölüşəcəklərini bildirib:

"Təəssüf və təəccüblə bildiririk ki, dərc olunan yazı həqiqətdən uzaqdır. Klubumuzun prezidenti Tale Heydərov adları çəkilən şəxslərlə görüşməyib. Xatırlatmaq istərdik ki, 6 avqust 2015-ci il tarixdə UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qəbələ”-“Apollon” (Kipr) matçından əvvəl klubumuza heç bir bağlılığı olmayan fan-klublardan biri tərəfindən oyuna “Beşiktaş” azarkeşlərinin gələcəyi barədə bizə məlumat verilib. Həqiqətən də bir qrup türkiyəli azarkeş yalnız “Apollon”la görüşdə digər fan-klublarla bərabər komandamızı dəstəkləyib və bunun qarşılığında klub tərəfindən sözügedən azarkeşlərə hər hansı maddi vəsait ödənməyib. Bir daha vurğulamaq istərdik ki, klubumuzun yazıda qeyd olunan şəxslərlə heç bir müstəvidə əməkdaşlığı mövcud deyil və xəbər həqiqəti əks etdirmir".

Son xəbərlər

Orphus sistemi