"Qəbələ" - "Zirə" oyunundan sonra dava düşüb - VİDEO

"Qəbələ" - "Zirə" oyunundan sonra dava düşüb - VİDEO Görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1
Futbol
17 Fevral , 2018 17:33
Qəbələ - Zirə oyunundan sonra dava düşüb - VİDEO

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ" və "Zirə" komandaları arasındakı matçdan sonra insident yaşanıb. 

"Report"un məlumatına görə, baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki klubun futbolçuları arasında kütləvi toqquşma baş verib.

Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb.

Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Son xəbərlər

Orphus sistemi