"Qəbələ" "Zirə"ni məğlub edərək liderliyi özünə qaytarıb

"Qəbələ" "Zirə"ni məğlub edərək liderliyi özünə qaytarıb Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib
Futbol
25 Sentyabr , 2016 20:04
Qəbələ Zirəni məğlub edərək liderliyi özünə qaytarıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qəbələ" səfərdə "Zirə"ni üstələməyi bacarıb. Hər iki qolu yayda transfer edilmiş Teo Uiks vurub. O, 19-cu və 76-cı dəqiqələrdə fərqlənib.

Beləliklə, xallarını 16-ya çatdıran "Qəbələ" yenidən liderliyi ələ keçirib. 13 xala malik "Qarabağ" 3-cü pilləyə enib və açılış oyununda səfərdə AZAL-ı 3:1 hesabı ilə məğlub etmiş "İnter"dən 1 xal geri düşüb.

"Kəpəz" 7 xalla 4-cü, "Zirə" 6 xalla 5-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, VI tur

25 sentyabr

15:30. "Kəpəz" - "Qarabağ" - 1:1

Qollar: Dario Federiko, 54 - Reynaldo Silva, 75

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

18:00. "Zirə" - "Qəbələ" - 0:2

Qollar: Teo Uiks, 19; 76

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şaiq Həmidov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun son oyunu sentyabrın 27-də keçiriləcək. Saat 19:00-da "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi