"Qəbələ" "Zirə" ilə oyunda son anda məğlubiyyətdən yaxa qurtarıb - VİDEO

"Qəbələ" "Zirə" ilə oyunda son anda məğlubiyyətdən yaxa qurtarıb - VİDEO Cavid Hüseynov uzatma dəqiqələrində penaltidən bərabərlik qolunu vurub
Futbol
9 Sentyabr , 2017 22:40
Qəbələ Zirə ilə oyunda son anda məğlubiyyətdən yaxa qurtarıb - VİDEO
Foto: pfl.az

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında IV tura bu gün keçirilmiş 2 oyunla start verilib.

"Report"un məlumatına görə, turun açılış oyununda "İnter" və "Kəpəz" komandaları üz-üzə gəlib.

"İnter Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beş qolun hamısı ilk yarıda vurulub. Əvvəlcə "İnter" 3 qolla önə çıxıb. Lakin "Kəpəz" tezliklə bu qollardan 2-nin əvəzini çıxa bilib. Qonaq komandanın ikinci qolu gözəl alınıb. Kərim Diniyev təxminən 65 metr məsafədən "İnter"in qapısına dəqiq zərbə endirib.

Bununla da "İnter" ardıcıl 2-ci qələbəsini qazanıb. Qələbəyə həsrət "Kəpəz" isə 3-cü məğlubiyyəti ilə üzləşib.

Günün digər oyununda "Qəbələ" "Zirə"ni sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. 74-cü dəqiqədə qonaq komandanın futbolçusu Viktor İqbekoyi hesabı açsa da, uzatma dəqiqələrində meydan sahiblərinin kapitanı Cavid Hüseynov penaltidən bərabərlik qolunu vurub. Penalti epizodunda "Zirə"nin baş məşqçisi Ayxan Abbasov və futbolçular etiraz etsələr də, qərar dəyişməyib. Bununla da hər iki komanda çempionatda ilk heç-heçəsini edib. "Zirə" isə ilk dəfə xal itirib.

Tura sentyabrın 10-da keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı ilə yekun vurulacaq. "Qarabağ"ın "Səbail"lə görüşü isə təxirə salınıb.

Azərbaycan Premyer Liqası

IV tur

9 sentyabr

17:00. "İnter” – "Kəpəz” - 3:2

Qollar: Fuad Bayramov, 5. Adrian Skarlatake, 21. Aqşin Quluzadə, 33 - Şəhriyar Əliyev, 36. Kərim Diniyev, 37

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Asim Xudiyev

"İnter Arena”

20:30. "Qəbələ” – "Zirə” - 1:1

Qol: Cavid Hüseynov, 90+2-penalti ilə - Viktor İqbekoyi, 74

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi