“Qəbələ” yoxlama oyunundan qələbə ilə ayrılıb

“Qəbələ” yoxlama oyunundan qələbə ilə ayrılıb 2019/2020 mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.
Futbol
8 İyul , 2019 00:49
“Qəbələ” yoxlama oyunundan qələbə ilə ayrılıb

2019/2020 mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

“Report” xəbər verir ki, “qırmızı-qaralar” Ukrayna “Mariupol”u ilə görüşüb. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv görüşə aşağıdakı start heyəti ilə başlayıb: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Giqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

Hendek Atatürk Stadionunda baş tutan qarşılaşma erkən qolla başlayıb. Ülvi İsgəndərli 2-ci dəqiqədə ukraynalıların qapısına yol tapıb. 17-ci dəqiqədə Azərbaycan komandası daha bir dəfə fərqlənib. Bu dəfə Roman Hüseynov fərqlənib. İki top buraxdıqdan sonra fəallaşan Mariupolun eyniadlı təmsilçisi 34-cü dəqiqədə fərqi azaldıb. 2015-ci ildə “Qəbələ”də çıxış etmiş Ruslan Fomin penaltini dəqiq yerinə yetirib.

İkinci hissədə hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Rüstəm Nuruyev Kamal Mirzəyevin, İdris İnqilablı Fernan Lopezin əvəzinə meydana daxil olub. Buna baxmayaraq qarşılaşmada hesab dəyişməyib.

Beləliklə, “qırmızı-qaralar” Türkiyə hazırlığına 2:1 hesablı qələbə ilə başlayıb.

Qeyd edək ki, növbəti oyununu iyulun 11-də keçirəcək “Qəbələ” Ukraynanın “Vorskla” klubu ilə üz-üzə gələcək.

Yoxlama oyunu

“Qəbələ” – “Mariupol” (Ukrayna) – 2:1

Qollar: Ülvi İsgəndərli, 2, Roman Hüseynov, 17 – Ruslan Fomin, 34 (pen.)

Son xəbərlər

Orphus sistemi