"Qəbələ" yoxlama oyununda Albaniya klubu ilə heç-heçə edib

"Qəbələ" yoxlama oyununda Albaniya klubu ilə heç-heçə edib Bakı. 23 iyun. REPORT.AZ/ Sloveniyada təlim-məşq toplanışında olan Qəbələ” komandası ilk yoxlama oyununa çıxıb.
Futbol
23 İyun , 2018 22:19
Qəbələ yoxlama oyununda Albaniya klubu ilə heç-heçə edib

Bakı. 23 iyun. REPORT.AZ/ Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” komandası ilk yoxlama oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib Albaniyanın "Kukesi” klubu olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 79-cu dəqiqədə Stiven Jozef-Monroz açıb. Lakin "qırmızı-qaralar" uzatma dəqiqələrində qələbəni əldən veriblər. Albaniya təmsilçisi bərabərlik qolunu vuraraq, məğlubiyyətdən xilas olub.

Qeyd edək ki, "Kukesi" 2017-2018 mövsümünü vitse-çempion kimi başa vurub. Lakin çempion "Skenderbeu" danışılmış oyunlarda iştirak faktı ilə əlaqədar avrokuboklardan kənarlaşdırıldığından, Çempionlar Liqasına "ağ-göylər" yüksəlib. Bu klub I təsnifat mərhələsində Malta "Valletta"sını üstələməyi bacarsa, növbəti mərhələdə "Qarabağ"a rəqib ola bilər. Amma bunun üçün Azərbaycan təmsilçisi də Sloveniya "Olimpiya"sını keçməlidir.

Digər tərəfdən, hazırda "qırmızı-qaralar"ın heyətində yer alan Rauf Əliyev ötən mövsümün ilk yarısını məhz "Kukesi"də keçirib.

Yoxlama oyunu

20:00. "Qəbələ" - "Kukesi" - 1:1

"Qəbələ"nin qolu: Stiven Jozef-Monroz, 79

"Qəbələ": 22. Dmitri Bezotosnı 3. Vojislav Stankoviç 27. Bəhlul Mustafazadə 18. İlqar Qurbanov 34. Ürfan Abbasov 4. Elvin Camalov 8. Qismət Alıyev 11. Asif Məmmədov 33. Təmkin Xəlilzadə 28. Stiven Jozef-Monroz 10. Rauf Əliyev

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 35. Murad Popov 5. Rasim Ramaldanov 7. Roman Hüseynov 26. Faiq Hacıyev 29. Hacıağa Hacıyev 32. Amin Seydiyev 88. Sabien Lilay 89. Abbas Ağazadə

Moravske Toplitse

Son xəbərlər

Orphus sistemi