Yuxarı
    Bağlamaq

    "Qəbələ" yeni transferini təqdim edib - VİDEO

    Pavel Paşayevlə mövsümün sonunadək müqavilə bağlanılıb

    Bakı. 19 fevral. REPORT.AZ/ “Qəbələ” daha bir futbolçu transferini rəsmiləşdirib. "Report"un məlumatına görə, “qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Pavel Paşayevi heyətinə qatıb. 

    28 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanılıb. Ukraynanın “Atlant” (Kremençuq) klubunun yetirməsi olan Paşayev peşəkar karyerasına “Dnepr”də başlayıb. 2004-2014-cü illərdə bu komandanın üzvü olan müdafiəçi 2008 və 2012-2013-cü illərdə icarə əsasında “Krivbass”da çıxış edib. 2013-2014-cü illərdə “Karpatı”ya icarəyə verilən oyunçu 2014-2015-ci illərdə Zaporojye “Metallurq”unun şərəfini qoruyub. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi bu ölkənin əsas millisində 2 yoxlama matçında iştirak edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət olunan futbolçu noyabrın 17-də Moldova ilə yoxlama matçında (2:1) komandada debüt edib.

    Qeyd edək ki, Pavel Paşayevə qədər “Qəbələ” qış fasiləsində Rəşad Eyyubovu da heyətinə qatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi