"Qəbələ" - "Yagelloniya" oyununun biletləri satışa çıxarılır

"Qəbələ" - "Yagelloniya" oyununun biletləri satışa çıxarılır Biletləri bu gün saat 15:00-dan etibarən əldə etmək olacaq
Futbol
10 İyul , 2017 14:38
Qəbələ - Yagelloniya oyununun biletləri satışa çıxarılır

Bakı. 10 iyul. REPORT.AZ/ “Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi "Yagelloniya" ilə evdə keçirəcəyi ilk oyun üçün biletlər bu gün satışa çıxarılacaq.

Klubdan “Report”a verilən məlumata görə, biletləri saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq 1 - 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 13-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi