"Qəbələ"nin baş məşqçisi hakimlərdən, "Zirə"dəki həmkarı isə hücumçudan narazı qalıb

"Qəbələ"nin baş məşqçisi hakimlərdən, "Zirə"dəki həmkarı isə hücumçudan narazı qalıb Bakı. 3 mart. REPORT.AZ/ “Ötən tur evdə xal itrmişdik. Daha doğrusu, qələbə qazansaq da, qolumuz sayılmamışdı. Gənc hakimlər bir az daha diqqətli olsunlar. Onların səhvi bizi üç xaldan etdi”.
Futbol
3 Mart , 2019 17:41
Qəbələnin baş məşqçisi hakimlərdən, Zirədəki həmkarı isə hücumçudan narazı qalıb
Sənan Qurbanov

Bakı. 3 mart. REPORT.AZ/ “Ötən tur evdə xal itrmişdik. Daha doğrusu, qələbə qazansaq da, qolumuz sayılmamışdı. Gənc hakimlər bir az daha diqqətli olsunlar. Onların səhvi bizi üç xaldan etdi”.

"Report"un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis matçı belə dəyərləndirib: "Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə çox da ürəkaçan olmadı. Bəzən rəqib səni müdafiə olunmağa məcbur edir. Biz gənc oyunçulara güvənirik. Yavaş-yavaş onlardan istədiyimizi alacağıq".

S.Qurbanov Rauf Əliyev və Voyislav Stankoviçin oynamamasını isə belə şərh edib: “Rauf bizim əsas oyunçularımızdandır. Bugünkü sistemə görə belə bir qərar verdik. Stankoviçi isə oyunöncəsi məşqdə zədələnməsi səbənindən heyətə daxil etmədik”.

“Deyiləcək çox şey yoxdur. Bizim adımıza ən pisi qolu özümüzün vurmasıdır. Qalib gəlməyi hədindən artıq istəyirdik. Çox heyf ki, alınmadı”

Bunu isə oyunsonrası mətbuat konfransında “Zirə”nin baş məşqçisi Samir Abasov deyib. 41 yaşlı mütəxəssis oyunda edilən əvəzetmələrdən danışıb: “Həmdinin oyuna girməsi, daha doğrusu əvvəlcədən olmaması bizə pis təsir edir. İki günlük məşqdən sonra onun bizə verə biləcəyi 25-30 dəqiqə var idi. Ancaq risk alıb oynatdıq. Bilal təkbətək mübarizələrdə çox yaxşı oyunçudur. Qapanan komandaya qarşı faydalı olur. O da pis oyun göstərmədi. Bu gün xal itirməyimiz bizi çox üzdü".

Abasov Pərdis Fərcad-Azadın heyətdə olmamasını isə belə şərh edib: “Pərdisin heç bir səhvi yoxdur. Biz hücum xəttimizi iki yeni oyunçu ilə gücləndirmişik. Pərdisə demişdik ki, planlarımıza daxil deyilsən. Onsuz da bir çox oyunçu məşq edir, sadəcə, maaş alır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumuzdur. Özü bu durumdan razıdırsa, bunu ondan soruşun”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Son xəbərlər

Orphus sistemi