Yuxarı

​"Qəbələ" və "Zirə" klubları Antalyada ilk oyunlarını keçirəcək

Azərbaycan təmsilçiləri Almaniya və Qazaxıstan klubları ilə qarşılaşacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Qış təlim-məşq toplanışını Türkiyənin Antalya bölgəsində davam etdirən "Qəbələ" və "Zirə" klubları bu gün ilk yoxlama oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, ölkə təmsilçiləri müvafiq olaraq Almaniya və Qazaxıstan klubları ilə qarşılaşacaq.

"Qəbələ" bu ilin ilk oyununu "Osnabryuk"a qarşı keçirəcək. "Gloria" məşq meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

"Zirə" isə Qazaxıstanın "Ordabası" klubunu sınağa çəkəcək. "Kaya" otelinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi