Yuxarı

"Qəbələ" və "Qarabağ"ın qələbəsi Türkiyənin UEFA reytinqini yüksəldib

Türkiyə xallarını 29,800-ə çatdıraraq 11-ci pillədə qərarlaşıb

Bakı. 29 avqust. REPORT.AZ/ "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının "play-off" mərhələsini uğurla adlamaları Türkiyənin də işinə yarayıb. "Report"un məlumatına görə, Yunanıstan "Panatinaikos"u ilə İsveçrə "Yanq Boyz"unu mübarizədən kənarlaşdıran Azərbaycan klubları Türkiyənin UEFA reytinqində yolunu açıb.

"Fənərbağça"nın Yunanıstanın digər təmsilçisi "Atromitos"u hər iki qarşılaşmada məğlub edəndən (1:0, 3:0) sonra Türkiyə xallarını 29,800-ə çatdıraraq 11-ci pilləyə yüksəlib. İki təmsilçi ilə qalan İsveçrə 29,775 xalla sonrakı pillədə yer alıb. 27,925 xala malik Çexiya 13-cü, 26,700 xalı olan Yunanıstan isə 14-cü sıradadır. Hazırda Türkiyənin əsas məqsədi ilk "onluğ"a daxil olmaqdır. Bunun üçün "Qalatasaray" Çempionlar Liqasında, "Fənərbağça" və "Beşiktaş" isə Avropa Liqasında qrup mərhələsini adlamalıdırlar. "Fənər"in qrup mərhələsindəki rəqiblərindən biri 31,396 xalla 10-cu pillədə yer alan Hollandiyanın "Ayaks" klubudur. Baş məşqçi Frank de Burun komandası üzərində qələbə təqdirində, Türkiyənin Hollandiyanı keçməsi daha da real görünəcək.

Qeyd edək ki, qrup mərhələsinin startından öncə Azərbaycan UEFA reytinqində 13,625 xalla 26-cı pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi