Yuxarı

​"Qəbələ" və "Qarabağ"ın oyunlarının hakim təyinatları açıqlanıb

Oyunlar İsrail və ingiltərədən olan hakimlərə həvalə olunub

Bakı. 13 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, Azərbaycanı qitəmiqyaslı klub turnirində təmsil edən "Qarabağ" və "Qəbələ"nin oyunlarını idarə edəcək hakimlər də müəyyənləşib.

"Yanq Boyz" və "Qarabağ" komandaları arasında İsveçrədə keçiriləcək ilk qarşılaşma israilli hakimlər briqadasına həvalə olunub. Bakıda keçiriləcək "Qəbələ" və Yunanıstan "Panatinaikos"unun görüşünü isə ingiltərəli hakimlər idarə edəcək.

Avropa Liqası, pley-off

20 avqust

21:00. "Qəbələ" - "Panatinaikos"

Baş hakim: Andre Marriner

Hakimlər: Simon Bennett, Li Betts

Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)

23:00. "Yanq Boyz" - "Qarabağ"

Baş hakim: Alon Yefet

Hakimlər: Danni Krasikov, Mahmud Mahaqna

Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)

"Qarabağ"ın oyununu idarə edəcək A.Yefet azərbaycanlı futbol azarkeşlərinə tanış simadır. Çünki FİFA referisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan və Bolqarıstan yığmalarının Bakıda keçirilmiş oyununda iştirak edib. Həmin görüş Azərbaycan millisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Həmçinin, "Qəbələ"nin oyununu idarə edəcək A.Marriner də yığma komandanın görüşündə iştirak edib. DÇ-2014-ün seçmə qrup mərhələsində Bakıda keçirilmiş Azərbaycan və Portuqaliya yığmalarının oyunu həmin hakimə həvalə olunub, qarşılaşmada qonaqlar 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cavab görüşləri avqustun 27-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi