Yuxarı
    Bağlamaq

    ​"Qəbələ" və "Qarabağ"ın Avroliqadakı növbəti oyunlarını idarə edəcək hakimlər açıqlanıb

    Azərbaycan klublarının oyunları polşalı və avstriyalı hakimlərə tapşırılıb

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Anderlext" (Belçika) və "Krasnodar" (Rusiya) - "Qəbələ" oyununu idarə edəcək hakimlər məlum olub. "Report"un məlumatına görə, Bakıda keçiriləcək qarşılaşma Avstriya, Krasnodarda baş tutacaq görüş isə Polşadan olan hakimlər briqadasına həvalə olunub.

    "Anderlext"lə qarşılaşmanın baş hakimi Oliver Draxta olacaq. Ona Roland Brandner və Ştefan Kühr yan xətt hakimləri, Manuel Şüttenqruber və Diter Mukkenhammer əlavə köməkçi hakimlər qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Roland Ryeder yerinə yetirəcək. Hakim-inspektor sloveniyalı Darko Çeferin, UEFA nümayəndəsi isə qazaxıstanlı Oljas Abrayev olacaq.

    "Krasnodar"la görüşdə isə baş hakim funksiyasını Martsin Borski yerinə yetirəcək. Ona Rafal Rostkovski və Martsin Bonyek yan xətt hakimləri, Daniel Stefanski və Tomaş Vayda əlavə köməkçi hakim qismində yardım edəcək. Oyunun dördüncü hakimi Krjıştov Mırmus olacaq. Bosniya və herseqovinalı Elmir Pılav hakim-inspektor, belaruslu Sergey İlıx UEFA nümayəndəsi olacaq.

    Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlayacaq. "Krasnodar" - "Qəbələ" matçının start fiti isə Bakı vaxtı ilə saat 00:05-də səslənəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi