"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri növbəti oyunlarını keçirib

"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri növbəti oyunlarını keçirib 6 rəqibdən 3-ü qələbə qazanıb
Futbol
17 Oktyabr , 2016 09:49
Qəbələ və Qarabağın Avropa Liqasındakı rəqibləri növbəti oyunlarını keçirib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Avropa Liqasında çıxış edən "Qəbələ" və "Qarabağ"ın rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib.

"Report"un məlumatına görə, C qrupunda mübarizə aparan "Qəbələ"nin 3 rəqibindən 2-si həftəni qələbə ilə başa vurub.

Fransa çempionatında mübarizə aparan "Sent-Etyen" IX turda "Dijon"u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bir xal qazanan "Sent-Etyen" 13 xalla 9-cu pillədə qərarlaşıb. Almaniyanın "Maynts" klubu öz meydanın "Darmştadt"ı qəbul edib. Bu görüşdə də meydan sahiblərinin 2:1 hesablı qələbəsi qeydə alınıb. "Maynts" bu nəticədən sonra 11 xalla 7-ci pilləyə yüksəlib. Belçika "Anderlext"i isə "Lokeren" üzərində 1:0 hesablı qələbə qazanaraq 21 xalla turnir cədvəlində liderliyini qoruyub.

"Qarabağ"ın çıxış etdiyi J qrupunda mübarizə aparan komandalardan isə yalnız biri qitə turnirinə qələbə ilə yollanacaq. Yunanıstanın PAOK klubu "İraklis"i qəbul edib və 1:0 hesablı qələbəyə sevinib. Saloniki təmsilçisi V turdan sonra 8 xalla 4-cü pillədədir. İtaliyanın "Fiorentina" klubu evdə "Atalanta" ilə qolsuz heç-heçəyə razılaşıb. VII turdan sonra aktivində 9 xal olan Florensiya klubu 14-cü pillədə yer alıb. Çexiyanın "Slovan" komandası isə "Dukla Praqa" ilə münasibətlərinə aydınlıq gətirib. Slovan təmsilçisi səfər görüşündən 2:1 hesbalı qələbə ilə dönərək xal ehtiyatını 9-a çatdırıb. "Slovan" hazırda 9 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb.

Qeyd edək ki, "Qəbələ" bu həftə Fransanın "Sent-Etyen" klubunun qonağı olacaq. "Qarabağ" isə Bakıda PAOK-u sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi