Yuxarı
    Bağlamaq

    "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb

    Qarşılaşmalar rumıniyalı və sloveniyalı hakimlərə həvalə olunub

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Qəbələ" və "Qarabağ" klublarının Avropa Liqasının qrup mərhələsində müvafiq olaraq Rusiya "Krasnodar"ı və Belçika "Anderlext"i ilə keçirəcəyi oyunlara bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, Bakıda baş tutacaq "Qəbələ" - "Krasnodar" oyunu rumıniyalı, Belçikada keçiriləcək "Andelext" - "Qarabağ" qarşılaşması isə Sloveniyadan olan hakimlər briqadasına həvalə olunub.

    Bakıdakı oyunun baş hakimi İştvan Kovaç olacaq. Brüsseldəki qarşılaşma isə Slavo Vinçiç olacaq.

    Avropa Liqası, VI tur

    10 dekabr

    22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya) 

    Baş hakim: İştvan Kovaç 

    Yan xətt hakimləri: Mikloş İştvan Nagi, Vasile Florin Marinesku 

    Əlavə köməkçi hakimlər: Pavel Kristian Balay, Marius Avram 

    Dördüncü hakim: Mixai Ovidiu Artene (hamısı Rumıniya) 

    Hakim-inspektor: Kay Natri (Finlandiya) 

    UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya) 

    Bakı. "Bakcell Arena".

    11 dekabr

    00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan) 

    Baş hakim: Slavko Vinçiç 

    Yan xətt hakimləri: Boyan Ul, Tomaş Klançnik 

    Əlavə köməkçi hakimlər: Roberto Ponis, Draqoslav Periç 

    Dördüncü hakim: Andras Kovaçiç (hamısı Sloveniya) 

    Hakim-inspektor: İqor İşenko (Ukrayna) 

    UEFA nümayəndəsi: Qabriel Vayss (Slovakiya) 

    Brüssel. Konstant Vanden Stok Stadionu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi