Bu gün ​"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Bu gün ​"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyunlarını keçirəcək "Qəbələ" Bakıda, "Qarabağ" isə Monakoda meydana çıxacaq
Futbol
22 Oktyabr , 2015 08:52
Bu gün ​Qəbələ və Qarabağ Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının III turunun oyunları keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri "Qəbələ" və "Qarabağ" növbəti oyunlarına çıxacaq.

"Qəbələ" Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək qarşılaşma meydan sahibləri üçün daha çox əhəmiyyət kəsb edir. Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qəbələ" doğma azarkeşlər önündə 3 xal qazanacağı təqdirdə qrupdakı mövqeyini bir az da yaxşılaşdıracaq və qrupun digər oyununun nəticəsində asılı olmayaraq ikinci pilləyə yüksələcək. Lakin Roman Qriqorçukun komandasında çatışmazlıqlar var. Milli komandanın düşərgəsində zədə alan Ermin Zets bu görüşdə oynamayacaq və digər zədəli Rafael Santosun meydana çıxıb-çıxmayacağı isə məlum deyil. Almaniya təmsilçisi isə erməni əsilli Henrix Mxitaryanı Bakıya gətirməyib. Qrupun digər oyununda isə "Krasnodar" (Rusiya) və PAOK (Yunanıstan) komandaları qarşılaşacaq.

"Qarabağ" isə səfərdə Fransa "Monako"sunun qonağı olacaq. Qurban Qurbanov bu görüşdə komandanın aparıcı üzvü Reynaldonun xidmətindən yararlana bilməyəcək. Əvəzində isə uzun müddətdir zədədən əziyyət çəkən Çumbinyo meydana çıxa bilər. Lakin braziliyalı yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı hələ dəqiqləşməyib. Bakıda Belçika "Anderlext"ini minimal hesabla (1:0) məğlub edən ağdamlılar səfərdə də 3 xal qazanarsa, ən azından 2-ci pillədəki mövqeyini möhkəmləndirəcək.

Avropa Liqası, Qrup mərhələsi III tur

22 oktyabr

C qrupu

20:00. "Qəbələ" – "Borussiya" (Dortmund, Almaniya)

Baş hakim: İvan Bebek (Xorvatiya)

Bakı. "Bakcell Arena"

Xal durumu: "Borussiya" - 4. "Krasnodar" - 3. PAOK - 2. "Qəbələ" - 1.

J qrupu

22:00. "Monako" (Fransa) - "Qarabağ"

Baş hakim: Yakob Kehlet (Danimarka)

Monako. II Lui Stadionu

Xal durumu: "Tottenhem" - 4. "Qarabağ" - 3. "Monako" - 2. "Anderlext" - 1.

Son xəbərlər

Orphus sistemi