"Qəbələ" və "İnter"in növbəti oyunlarının başlama saatı açıqlanıb

"Qəbələ" və "İnter"in növbəti oyunlarının başlama saatı açıqlanıb Əvvəlcə Kiprdə "Apollon"la, ardından İspaniyada "Atletik"lə görüşlər baş tutacaq
Futbol
24 İyul , 2015 15:55
Qəbələ və İnterin növbəti oyunlarının başlama saatı açıqlanıb

Bakı. 24 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan klublarının növbəti oyunlarının vaxtı açıqlanıb. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ" və "İnter" yenə ilk görüşlərini səfərdə keçirəcəklər.

İyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da "Qəbələ" Kiprin Larnaka şəhərindəki "Antonis Papadopulos" stadionunda "Apollon"un qonağı olacaq. Həmin gün saat 23:45-də isə "İnter" İspaniyanın Bilbao şəhərindəki "San-Mames" stadionunda "Atletik"lə qarşılaşacaq.

Qeyd edək ki, cavab görüşləri avqustun 6-da müvafiq olaraq Bakıdakı "Bakcell Arena"da və "İnter Arena"da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi