"Qəbələ" və "İnter"in Avroliqadakı ilk oyunlarının hakimləri müəyyənləşib

"Qəbələ" və "İnter"in Avroliqadakı ilk oyunlarının hakimləri müəyyənləşib "Apollon" və "Atletik"lə qarşılaşmalara ədalət təmsilçiləri Ukrayna ilə Yunanıstandan yollanacaqlar
Futbol
25 İyul , 2015 12:03
Qəbələ və İnterin Avroliqadakı ilk oyunlarının hakimləri müəyyənləşib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" və "İnter" klublarının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsindəki ilk oyunlarına bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, Kipr "Apollon"u ilə qarşılaşma Ukraynalı Sergey Boyko, İspaniya "Atletik"i ilə görüş isə yunanıstanlı Stavros Tritsonisin başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.

30 iyul, Larnaka, "Antonis Papadopulos" stadionu

22:00. "Apollon" (Limassol, Kipr) - "Qəbələ" (AZƏRBAYCAN)

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Aleksandr Korniyko, Volodimir Volodin

Dördüncü hakim: Anatoli Abdula (hamısı Ukrayna)

UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya)

UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)

30 iyul, Bilbao, "San Mames" stadionu

23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, AZƏRBAYCAN)

Baş hakim: Stavros Tritsonis

Yan xətt hakimləri: Xristos Akrivos, İlias Alekseas

Dördüncü hakim: İlias Spatas (hamısı Yunanıstan)

UEFA hakim-inspektoru: Yuni Hiitia (Finlandiya)

UEFA nümayəndəsi: Danilo Filakçione (İtaliya). 

Son xəbərlər

Orphus sistemi