"İnter" və ​"Qəbələ"nin Avroliqadakı rəqibləri məlum olub

"İnter" və ​"Qəbələ"nin Avroliqadakı rəqibləri məlum olub Oyunlar iyulun 16-da və 23-də keçiriləcək
Futbol
10 İyul , 2015 02:54
İnter və ​Qəbələnin Avroliqadakı rəqibləri məlum olub

Bakı. 10 İyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə yekun vurulub.

"Report"un məlumatına görə, oyunlar arasında Azərbaycanın 3 klubunun iştirak etməsi ilə yanaşı, daha 3 matç xüsusi önəm kəsb edib.

Belə ki, "Laçi"ni üstələyərək mərhələ adlayan "İnter"ə İslandiyanın "Hafnarfyordur" klubu, "Qəbələ"yə isə "Çukariçki" (Serbiya) kollektivi rəqib olub.

"Neftçi"ni mübarizədən kənarlaşdıran Monteneqro "Mladost"u isə növbəti mərhələdə Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

Oyunlar iyulun 16-da və 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi