"Qəbələ" və "İnter"ə Azərbaycan Premyer Liqasının medalları təqdim edilib

"Qəbələ" və "İnter"ə Azərbaycan Premyer Liqasının medalları təqdim edilib Mükafatları Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov verib
Futbol
24 Aprel , 2017 16:53
Qəbələ və İnterə Azərbaycan Premyer Liqasının medalları təqdim edilib

Qəbələ. 24 aprel. REPORT.AZ/ "Qəbələ" və "İnter" komandaları arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mükafatlandırma mərasimi keçirilib. 

"Report"un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mükafatları Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov təqdim edib.

Əvvəlcə "İnter"ə bürünc, ardından "İnter"ə gümüş medal verilib.

Qeyd edək ki, "Qəbələ" "İnter"i 4:3 hesabı ilə yenib. Qızıl medallara isə ötən gün "Qarabağ" sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi