​"Qəbələ" Vaqif Cavadovla da yollarını ayırıb

​"Qəbələ" Vaqif Cavadovla da yollarını ayırıb Cavadov komandadan göndərilən 5-ci futbolçudur
Futbol
21 Dekabr , 2015 11:19
​Qəbələ Vaqif Cavadovla da yollarını ayırıb

Bakı. 21 dekabr. REPORT.AZ/ "Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb. 

Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb. 

Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.

Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb. 

Son xəbərlər

Orphus sistemi