"Qəbələ" ukraynalı qapıçı transfer edib

"Qəbələ" ukraynalı qapıçı transfer edib Roman Bezotosnı ilə müqavilə bağlanılıb
Futbol
15 Yanvar , 2015 18:44
Qəbələ ukraynalı qapıçı transfer edib

Bakı. 15 yanvar. REPORT.AZ/ “Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib. "Report"un məlumatına görə, "qara-qırmızılar" ukraynalı qapıçı Dmitri Bezotosnı ilə 6 aylıq müqavilə bağlayıb. 

Artıq 32 yaşlı qolkiper Türkiyənin Antalya bölgəsində hazırlıq keçən yeni komandasına qoşulub və ilk məşqə çıxıb. Onun son klubu "Qəbələ"nin hazırkı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında 3 ilədək şərəfini qoruduğu Ukrayna "Çernomorets"i olub. Əvvəllər isə Bezotosnı "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002 - 2004), "Metallurq-2" (Zaparojye, 2004-2007) və "Metallurq" (Zaparojye, 2007-2011) komandalarında çıxış edib. Təcrübəli qapıçı 192 sm boya, 83 kq çəkiyə malikdir.

Qeyd edək ki, "Qəbələ" daha öncə Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayıb. 

Son xəbərlər

Orphus sistemi