Bakı. 30 may. REPORT.AZ/ “Qəbələ” klubu futbolçusu Vitali Vernidubla yollarını ayırıb.
Bu barədə “Report”a komandanın yeni baş məşqçisi Sənan Qurbanov məlumat verib.
O bildirib ki, 31 yaşlı mərkəz müdafiəçisinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Baş məşqçi müqaviləsinin müddəti bitən, eləcə də komandaya cəlb olunacaq yeni futbolçularla bağlı yaxın günlərdə qərar veriləcəyini söyləyib. Qurbanov “Qəbələ”nin legioner oyunçu transfer edəcəyini də istisna etməyib.
Qeyd edək ki, Vitali Vernidub 2015-ci il iyunun 11-dən "Qəbələ"də çıxış edirdi. Onun gedişindən sonra komandada cəmi bir ukraynalı legioner qalıb. Bu, qapıçı Dmitri Bezotosnıdır. Vernidubdan fərqli olaraq, Bezotosnının müqaviləsi uzadılıb.