"Qəbələ” ukraynalı futbolçu Aleksey Antonovla yollarını ayırıb

"Qəbələ” ukraynalı futbolçu Aleksey Antonovla yollarını ayırıb 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib
Futbol
20 İyul , 2016 01:28
Qəbələ” ukraynalı futbolçu Aleksey Antonovla yollarını ayırıb

Bakı. 20 iyul. REPORT. AZ/ "Qəbələ” klubu ukraynalı futbolçu Aleksey Antonovla yollarını ayırıb. "Report" klubun rəsmi saytına istinadən məlumat verir ki, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

2015-ci ilin yayından "qırmızı-qara” forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə əyalət təmsilçisinin şərəfini qoruyub. Aleksey "Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub.

Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.

Son xəbərlər

Orphus sistemi