"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Bakı. 28 noyabr. REPORT.AZ/ Qəbələnin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununa çıxıb.
Futbol
28 Noyabr , 2018 17:53
Qəbələ UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Bakı. 28 noyabr. REPORT.AZ/ "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununa çıxıb.

"Report" xəbər verir ki, "qırmızı-qaralar" Almaniyada "Herta" ilə üz-üzə gəlib. Berlin şəhərində "Vurfplats" stadionunda təşkil edilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ" bu nəticədən sonra UEFA Gənclər Liqasındakı çıxışını başa vurub. 

Qeyd edək ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda "Herta” 3:1 hesabı ilə qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi