"Qəbələ" UEFA Gənclər Liqasında Almaniya "Herta"sı ilə qarşılaşacaq

"Qəbələ" UEFA Gənclər Liqasında Almaniya "Herta"sı ilə qarşılaşacaq Bakı. 7 noyabr. REPORT.AZ/ Qəbələnin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun II mərhələsində ilk oyununu keçirəcək.
Futbol
7 Noyabr , 2018 11:49
Qəbələ UEFA Gənclər Liqasında Almaniya Hertası ilə qarşılaşacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun II mərhələsində ilk oyununu keçirəcək. 

"Report" xəbər verir ki, "qırmızı-qaralar”ın rəqibi Almaniya “Herta”sı olacaq. Emin İmaməliyevin baş məşqçi olduğu komanda ilk görüşə Qəbələ şəhər stadionunda çıxacaq. Matç saat 17:00-da başlayacaq. Qarşılaşmanı Daniyar Saxinin rəhbərliyi altında qazaxıstanlı hakimlər briqadası idarə edəcək. 

Bu cütün qalibi 1/16 finalda Çempionlar Liqası Yulunun qruplarında 2-ci yeri tutan 8 kollektivdən biri ilə üz-üzə gələcək.

"Qəbələ" I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti mərhələyə yüksəlib - 1:1, 3:1. 

UEFA Gənclər Liqası

Çempionlar yolu 

II mərhələ, ilk oyun

7 noyabr 

17:00  "Qəbələ" (Azərbaycan) - "Herta" (Berlin, Almaniya) 

Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan) 

Qəbələ şəhər stadionu 

Qeyd edək ki, cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi