"Qəbələ" tarixində ilk dəfə avrokuboklarda səfər qələbəsi qazanıb - VİDEO

"Qəbələ" tarixində ilk dəfə avrokuboklarda səfər qələbəsi qazanıb - VİDEO "Qırmızı-qaralar" buna Macarıstanda MTK ilə Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşdə nail olublar
Futbol
15 İyul , 2016 00:29
Qəbələ tarixində ilk dəfə avrokuboklarda səfər qələbəsi qazanıb - VİDEO

Bakı. 15 iyul. REPORT.AZ/ "Qəbələ" klubu tarixində ilk dəfə Avropa kuboklarında səfər qələbəsi qazanıb. "Report"un məlumatına görə, "qırmızı-qaralar" buna Macarıstanda MTK ilə Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə nail olublar.

Dyör şəhərindəki "Dyirmoti" stadionundan keçirilmiş qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar. Oyun "Qəbələ" üçün yaxşı başlamayıb. 15-ci dəqiqəqə isveçli baş hakim Boyan Pançiç meydan sahiblərinin lehinə penalti təyin edib. Lakin kapitan Yojef Kantanın zərbəsini qonaqların qapıçısı Dmitri Bezotosnı qaytarıb.

Bundan ruhlanan "Qəbələ" hücumlarının kəsərini artırıb və 25-ci dəqiqədə hesabı açıb. Cərimə zərbəsini iti bucaq altından yeni transfer Nika Kvekveskiri dəqiq yerinə yetirib.

Fasilədən sonra qonaqlar daha bir qol vurub. 63-cü dəqiqədə daha bir yeni transfer Filip Ozobiç topu uzaq küncə göndərib. Meydan sahibləri 70-ci dəqiqədə təsəlli qolunu vurmağa müvəffəq olublar. Şandor Torgelle fərqlənib.

Qalan dəqiqələrdə hesahdakı üstünlüyünü əldən verməyən "Qəbələ" iyulun 21-də keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib.

Qeyd edək ki, Avroliqanın II təsnifat mərhələsində çıxış edən Azərbaycanın digər klublarından "Neftçi" evdə Makedoniya "Şkendiya"sının müqavimətini qıra bilməyib - 0:0. "Kəpəz" isə Avstriyada "Admira"ya uduzub - 0:1. Cavab görüşləri gələn həftə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi