"Qəbələ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib

"Qəbələ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib Bakı. 2 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir görüşü keçirilib.
Futbol
2 Aprel , 2018 18:58
Qəbələ - Sumqayıt matçında qalib müəyyənləşməyib

Bakı. 2 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda "Qəbələ" "Sumqayıt"ı qəbul edib. 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Stiven Monroz vurub. Görüşün 82-ci dəqiqəsində isə "Sumqayıt" Nicat Qurbanovun qolu ilə hesabı bərabərləşdirib.

Bu bərabərlikdən sonra "Qəbələ" xallarını 40-a çatdırıb və komanda lider "Qarabağ"dan 10 xal geri qalır. "Sumqayıt" isə 35 xalla 3-cü pillədə qərarlaşıb.

Tura saat 19:30-da start götürəcək "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Zirə" ilə 0:0, "Qarabağ" isə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi