"Qəbələ" - "Sumqayıt" matçında aprel şəhidləri üçün pankart açılıb

"Qəbələ" - "Sumqayıt" matçında aprel şəhidləri üçün pankart açılıb Böyükağa Hacıyevin də xatirəsi anılıb
Futbol
2 Aprel , 2018 17:31
Qəbələ - Sumqayıt matçında aprel şəhidləri üçün pankart açılıb

Bakı. 2 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən "Qəbələ" - "Sumqayıt" matçında AFFA Məşqçilər Komitəsinin üzvü və "Neftçi" klubunun sabiq məşqçisi Böyükağa Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

"Report"un məlumatına görə, "Qəbələ" klubunun azarkeşləri həmçinin aprel şəhidləri üçün pankart açıblar.

Fanatların açdığı pankartda "Bizim güllələrimiz onları cəhənnəmə, onların güllələri isə bizi cənnətə aparır" yazılıb.  

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada hazırda birinci hissə oynanılır və hesab açılmayıb. 

Son xəbərlər

Orphus sistemi