"Qəbələ" - "Şerif" matçının hakimləri müəyyənləşib

"Qəbələ" - "Şerif" matçının hakimləri müəyyənləşib Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın Qəbələ və Moldovanın Şerif komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
Futbol
30 Sentyabr , 2018 18:15
Qəbələ - Şerif matçının hakimləri müəyyənləşib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" və Moldovanın "Şerif" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.

"Report" xəbər verir ki, qarşılaşma Georgi Kruaşvilinin rəhbərlik etdiyi gürcüstanlı hakimlər briqadasına həvalə olunub.

Ona Zaza Menteşaşvili və Zaza Pipiya yan xətt hakimi qismində kömək edəcəklər. İnqilab Məmmədov dördüncü hakim, Asim Xudiyev hakim-inspektor, rusiyalı Leonid Kaloşin UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oktyabrın 3-də Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi